"Səhnədən səngərə" layihəsinin ilk buraxılışı təqdim edildi

"Səhnədən səngərə" layihəsinin ilk buraxılışı təqdim edildi
19 may 2021
# 14:34

Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin ilk buraxılışını təqdim edib.

Nazirlikdən Kulis.az-a verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinə könüllü yollananlar sırasında, sinəsinə sıxdığı doğma tarını anasına əmanət edib, yurdun torpağına qarışan şəhidimiz Rauf Əliyev də var.

Layihədə şəhidin yarım qalmış şərəfli ömür yolundan bəhs edən doğmaları, şəhidimizin ürəyində məzara köçən ən böyük arzusundan, Bütöv Azərbaycan uğrunda yarı yolda qoyduğu nişanlısından, milli-mənəvi dəyərlərimizə, muğama, tara olan sonsuz sevgisindən söz açıblar.

# 958 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #