Bəstəkar Adil Bəbirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Bəstəkar Adil Bəbirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib
14 fevral 2025
# 12:32

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Adil Bəbirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Adil Bəbirovun yaxınları, qardaşı qızı, musiqi sənəti xadimləri, Bəstəkarlar İttifaqının musiqi təhsili müəssisələrinin nümayəndələri iştirak edib.

Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Xalq artisti Teyyub Aslanovun, Əməkdar artistlər Nuriyyə Hüseynovanın, Davud Abdullayevin (tar) və digərlərinin ifasında Adil Bəbirovun əsərləri səsləndirilib.

Qeyd edək ki, tədbirin sonunda Adil Bəbirovun qızı Aytən Bəbirova öz videomüraciətində Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və bütün iştirakçılara təşəkkürünü bildirib.

# 577 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #