“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib

“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib
6 oktyabr 2021
# 16:12

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Yazıçılar Birliyi tərəfindən hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, "Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, ön söz müəllifi və redaktoru AYB-nin sədr müavini Rəşad Məciddir.

Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” tablosunun müəllifi Xalq rəssamı Sakit Məmmədovdur.

Qeyd edək ki, kitabda yazıçıların Qarabağla bağlı düşüncələrinə, xatirələrinə yer verilib.

# 1802 dəfə oxunub

Müəllifin son yazıları

# # #