"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar

"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
5 avqust 2021
# 13:12

Türkiyəli aktyor Furkan Kızılay Türkiyədə davam edən meşə yanğınlarının qarşısını almaqda yanğınsöndürənlərə qoşulub.

Kulis.az xəbər verir ki, aktyor dostları ilə birgə Muğlanın Seydikəmər kəndində gəlib. O, 3 gün əvvəl bu bölgədə istirahətdə olduğunu bildirib. Daha sonra İstanbula qayıdan Furkan yanğın xəbərini eşitdikdən sonra yenidən Muğlaya qayıdıb.

O, bildirib ki, əsas işi yanğınsöndürənlər görür. Biz burda onların təlimlərini yerini yetiririk.

Aktyorun bu hərəkəti yerli sakinlər tərəfindən alqışlanıb.

# 1503 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #