Çingiz Abdullayev: "Bu məhkəməni udacağımı bilirəm"

Çingiz Abdullayev:  "Bu məhkəməni udacağımı bilirəm"
23 noyabr 2023
# 17:50

"Əziz dostlar, həmkarlar, oxucular! Mənimlə bağlı bu hadisəyə görə təəssüflənməyin. O qız öz ağlını, tərbiyəsini, savadını, biliyini, kanal da öz mövqeyini əla göstərdi. Bu hadisəni yada salanda ürəyim bulanır. Mən məhkəməni udacağımı bilirəm".

Kulis.az xəbər verir ki, bu fikirləri Xalq yazıçısı Çingiz Abdullayev ATV telekanalını məhkəməyə verməsi ilə bağlı danışarkən qeyd edib.

"Bu jurnalistin oğlu var. O, böyüyəndə anası haqqında olanları eşidəndə utanacaq. Oxucularım müraciət edərək məhkəmədə çəkişməməyi xahiş edirlər. Baxmayaraq ki, lazımdır. Amma yenə də çox iyrəncdir. Buna görə də mən fikirləşirəm. Qoy bundan sonra da pis sözləri deməyə, yazmağa davam etsinlər. Bəlkə, bu onların yeganə sevincidir?".

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #