Milli filmlər pulsuz nümayiş olunur

Milli filmlər pulsuz nümayiş olunur
2 aprel 2014
# 11:24

Nizami Kino Mərkəzində həftənin bazar ertəsi, çərşənbə və cümə günləri milli filmlərin pulsuz nümayişi başlayıb.

Məqsəd tələbə və gənclərin yerli filmlərə marağının artırılması, ekran əsərlərində əks etdirilən adət-ənənələrlə yaxından tanış olması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir. Azərbaycanın tarixi və tanınmış simaları haqqında çəkilmiş filmlərin də nümayişi kino mərkəzinin layihəsində nəzərdə tutulub. Mərkəzdən Kulis.az-a verilən xəbərə görə, ilk olaraq pulsuz nümayiş üçün yalnız bir film - "Dərvişin qeydləri" seçilib və yaxın həftələr bu film pulsuz nümayiş olunacaq.

# 1544 dəfə oxunub

Müəllifin son yazıları

# # #