Ceyms Kameron: "Süni intellekt bəşəriyyət üçün ciddi təhlükədir"

Ceyms Kameron: "Süni intellekt bəşəriyyət üçün ciddi təhlükədir"
20 iyul 2023
# 14:20

“Oskar” mükafatı laureatı, kinorejissor süni intellekti bəşəriyyət üçün təhlükə adlandırıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rejissor yaxın gələcəkdə süni intellektin daha da təkmilləşdirilərək bir çox peşələrə nüfuz etməsinin, həmçinin bütün texnoloji və internet resurslarının bu prinsiplə idarə olunmasının heç də yaxşı nəticələr verməyəcəyini bildirib.

“Mənə görə, süni intellektin təkmilləşdirilərək əksər sahələrə nüfuz etdirilməsi qəbul edilməzdir. Bu prosesdə bəşəriyyətin gələcəyi üçün xeyirli nəsə olacağına inanmıram. Ola bilər ki, süni intellekt ssenarilər, hekayələr, romanlar, povestlər, hətta dissertasiyalar yaza bilsin, lakin bunun insan hisslərinə toxuna biləcək nə isə bir yaradıcılıq nümunəsi ərsəyə gətirə biləcəyini düşünmürəm. Mən hələ elə bir adam tanımıram ki, süni intellektdən ssenari yazmağı istəsin.

İnsanı tam olaraq əvəz etmək hələ ki, mümkünsüzdür. Bizim ən böyük narahatçılığımız süni intellektin yaxın gələcəkdə fəlakətli nüvə soyqırımına səbəb ola bilməsidir. Məncə, süni intellekti həyatımızın bir hissəsinə çevirmək və ondan silah kimi istifadə etmək gələcək üçün ən böyük təhlükədir”.

Qeyd edək ki, rejissor 1998-ci ildə çəkdiyi "Titanik" filminə görə "Oskar" mükafatına layiq görülüb.

# 788 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #