"Futurama" 10 illik fasilədən sonra geri qayıdır

"Futurama" 10 illik fasilədən sonra geri qayıdır
24 iyul 2023
# 17:30

Hulu onlayn kinoteatrı on illik fasilədən sonra "Futurama" elmi-fantastik cizgi serialının səkkizinci mövsümünü nümayiş etdirib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yeni sezon iki hissəyə bölünüb.

Birincisi həftədə on seriya yayımlanacaq. Digər epizodların buraxılış tarixi hələ açıqlanmayıb.

Animator Mett Groening , ssenaristlər David Samuel Cohen və Ken Kieler əvvəlki vəzifələrinə geri qayıdıblar.

Səs heyəti də demək olar ki, dəyişməz qalıb.

Süjetə görə, yeni mövsümündə baş qəhrəmanlar Fray və Lila evlənib, birlikdə qocalırlar.

Müəlliflərin fikrincə, yeni epizodlar "Futurama" sevənləri gözlənilməz sürprizlərlə sevindirəcək.

Xatırladaq ki, "Futurama"nın premyerası 14 noyabr 1999-cu ildə FOX kanalında baş tutub. Bundan sonra yeddi mövsüm buraxılıb. Sonuncu seriya isə 4 sentyabr 2013-cü ildə Comedy Central kanalında yayımlanıb.

# 688 dəfə oxunub

Müəllifin son yazıları

# # #