Məşhur rejissor Ceyms Kameron rekord büdcəli “Avatar” haqqında danışıb.
Kulis.az NTV-yə istinadla xəbər verir ki, 2 və 3-cü hisslərinin yayım tarixi bəlli olan filmin 4 və 5-ci hissələrini Kameron çəkməyə bilər.
67 yaşlı rejissor növbəti seriyaları güvəndiyi bir rejissora həvalə edəcəyini bildirib.
Qeyd edək ki, “Avatar 2: Suyun yolu” bu il 16 dekabrda, digər hissələr isə 2024, 2026 və 2028-ci illərdə yayımlanacaq.