Çexiyada qadın gəzinti zamanı xəzinə tapdı

Çexiyada qadın gəzinti zamanı xəzinə tapdı
5 sentyabr 2025
# 15:30

Çexiyada gəzinti zamanı bir qadın içərisində 2150-dən çox gümüş dinar olan keramika qab tapıb.

Kulis.az xəbər verir ki, bu brədə "Independent" qəzeti yazıb. Arxeoloqlar bu xəzinəni "son onilliyin ən böyük tapıntısı" kimi xarakterizə ediblər.

Təxminən 900 il əvvələ aid olduğu ehtimal edilən xəzinə hazırda Praqada Çexiya Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu tərəfindən tədqiq edilir.

Arxeoloq Filip Velimski qeyd edib ki, xəzinə XII əsrin ilk rübündə, Prjemıslovlar sülaləsinin Praqa knyazlığı taxtı uğrunda daxili siyasi qeyri-sabitlik dövründə gizlədilib.

Qeyd edək ki,Çex Gümüş Muzeyinin direktoru Lenka Mazaçova bildirib ki, sikkələr təmizlənəcək, bərpa ediləcək və spektral analizdən keçirildikdən sonra geniş ictimaiyyətə nümayiş etdiriləcək.

# 498 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər