Ülvi Həsənov: “Sərhədsiz qəlblər” - Ən qısa hekayə

Ülvi Həsənov: “Sərhədsiz qəlblər” - Ən qısa hekayə
19 dekabr 2013
# 23:00

Kulis.az Ülvi Həsənovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sərhədsiz qəlblər” (282 işarə) hekayəsini təqdim edir.

-Bütün qələbələr savaşmaqla deyil,sevməklə qazanılar.

Unutmamışdı bu sözü. Almanlar tərəfindən güllələnən atasının söylədiyi. Körpə beyinlər hər şeyi möhkəm həkk edər. Sevgini də, nifrəti də.

Hələ müharibə qoxusu dağılmamışdı burunlardan.

-Bax,düşmənimizdir o,-dedilər kobud bir alman qızını göstərərək.

Baxdı. Və sevdi.

# 2133 dəfə oxunub

Müəllifin son yazıları

# # #