"Cənubda kino günləri" layihəsi Biləsuvarda başladı

"Cənubda kino günləri" layihəsi Biləsuvarda başladı
29 iyun 2022
# 14:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Cənubda kino günləri” adı altında son illərdə dövlət sifarişi əsasında və müstəqil şəkildə istehsal olunan bəzi filmləri nümayiş etdirəcəkdi.

Kulis.az xəbər verir ki, məqsəd Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarların son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmlərimizi və rejissorlarımızı tanıtmaqdır.

Layihə çərçivəsində ilk baxışlar 25-26 iyunda Biləsuvar rayonunda baş tutub. Rayonun mərkəzi parkında tamaşaçılara “Nar bağı” (rejissor İlqar Nəcəf), “Titrəmə” (rejissor Amil Amal), “Sizə məktub var” (rejissor Məzahir Haşımov) və Nərimankənd kəndinin folklor klubunda isə “Biləsuvar” (rejissor Elvin Adıgözəl), “Dan yeli” (rejissor Kamal Yaşar) filmləri nümayiş olunub.

Tədbirdə rayon tamaşaçıları ilə yanaşı, eyni zamanda Biləsuvar rayonun icra başçısı Faiq Qürbətov, nümayiş olunan filmlərin rejissorlarından Məzahir Həşimov və Amil Amal iştirak edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi “Cənubda kino günləri” layihəsi öz işini iyul ayında Lerik və Lənkəran rayonlarında davam etdirəcək.

# 1109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #