Cəmil Fərəcov dəfn edildi

Cəmil Fərəcov dəfn edildi
2 avqust 2023
# 13:24

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov dəfn olunub.

Kulis.az xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə kinorejissorun sənət dostları, ailəsi və yaxınları, həmçinin media mənsubları iştirak edib.

Daha sonra Cəmil Fərəcovun cənazəsi “Qurd qapısı” qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

O, 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

"Arvadım Mənim, Uşaqlarım Mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu", "Foto həvəskarı", "Kimdir müqəssir?" və digər onlarla filmin rejissorudur.

# 1076 dəfə oxunub

Müəllifin son yazıları

# # #