Azərbaycanlı rejissorun səhhəti pisləşib - Foto

Azərbaycanlı rejissorun səhhəti pisləşib - Foto
1 fevral 2021
# 12:07

Tanınmış rejissor, Xalq artisti Ağakişi Kazımovun səhhəti pisləşib.

Bu barədə rejissorun həyat yoldaşı, əməkdar artist Mehriban Abdullayeva məlumat verib:

"Ağakişi Kazımovun səhhətində heç bir irəliləyiş yoxdur. Səhhəti çox pisdi. Nə Mədəniyyət Nazirliyi, nə TV-lər, ümumiyyətlə heç kəs maraqlanmır. Ağakişi Kazımovun Azərbaycan teatrında özünəməxsus yeri var. Şəxsən mənə çox maraqlı gəlir, mədəniyyətimizdə bu qədər xidmətləri olan 85 yaşlı sənətkar niyə yada düşmür, niyə heç kəs maraqlanmır?”

Onun sözlərinə görə, müalicə ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər.

Xatırladaq ki, Xalq artisti Ağakişi Kazımov 2019-cu ilin 19 dekabrında insult keçirmişdi.

Allah şəfa versin.

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #