“Çeburaşka” izlənmə sayına görə “Avatar”ı ötdü

“Çeburaşka” izlənmə sayına görə “Avatar”ı ötdü
17 yanvar 2023
# 14:30

Yanvarın 1-dən kinoteatrlarda nümayiş etdirilən “Çeburaşka” filminə bugünədək 13,607 milyon bilet satılıb.

Kulis.az xəbər verir ki, bununla da Dmitri Dyaçenkonun filmi 2009-cu ildə buraxılan Ceyms Kemeronun ilk "Avatar"ını ötərək, Rusiya yayım tarixində ən çox izlənilən film olub.

Hazırda filmdən əldə olunan gəlir dörd milyard rublu ötüb. Bu, Rusiyada belə kassa göstəricilərinə çatan ilk filmdir .


# 1369 dəfə oxunub

Müəllifin son yazıları

# # #