Rusiyada "Raduqa" kinoteatrı "Oppenheimer" və "Barbie" filmlərini "Dubak" və "Speed Dating" adları ilə nümayiş edəcək.
Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Mədəniyyət Nazirliyinin bildirdiyinə görə, sözügedən filmlərin bəzi səhnələri rus dəyərlərinə ziddir.
Qeyd edək ki, kinoteatr "Oppenheimer"i sentyabrın 7-də, "Barbie"ni isə sentyabrın 9-da nümayiş etdirməyi planlaşdırır.