“Çeburaşka” filminin gəliri 4 milyard rublu ötdü

“Çeburaşka” filminin gəliri 4 milyard rublu ötdü
16 yanvar 2023
# 14:00

Yanvarın 1-də Rusiya kinoteatrlarında nümayiş olunan “Çeburaşka” filminin kassası dörd milyard rublu ötüb.

Kulis.az xəbər verir ki, rejissor Dmitri Dyaçenkonun çəkdiyi film son nəticəyə görə, gəlir hesabını 4 010 478 753 rubla çatdırıb.

Beləliklə, “Çeburaşka” artıq Rusiya kino bazarı tarixində ən çox gəlir gətirən ilk on film arasında yer alıb.

Filmdə aktyor Elena Yakovleva , Fyodor Dobronravov və Artem Bıstrov da rol alıb. Baş qəhrəmanı isə rus aktrisası Olqa Kuzmina səsləndirib.

Qeyd edək ki, indiyədək Rusiyada “Çeburaşka”nın ən yaxın rəqibləri “Zveropolis” cizgi filmi və “Karib dənizinin quldurları 5: Ölülər nağıl danışmır” filmidir.

# 2272 dəfə oxunub

Müəllifin son yazıları

# # #