Film və televiziya dünyasının ən yaxşılarının mükafatlandırıldığı Qızıl Qlobus Mükafatlarına yeni kateqoriyalar əlavə edilib.
Kulis.az xəbər verir ki, Film kateqoriyasına "Ən çox gəlir gətirən film" mükafatı daxil edilib. Bu mükafat filmin kassa gəliri əsasında veriləcək və ən çox gəlir gətirən filmlər namizədlər arasında olacaq.
Televiziya kateqoriyasında "Ən yaxşı stendapçı" mükafatı veriləcək. Bu kateqoriyada altı namizəd yer alacaq.
- Filmlərimiz Çində nümayiş olunub
- "Arşın mal alan"dan nadir kadrlar təqdim edildi
- Aqil Abbasın gənclik povesti - SON
Qeyd edək ki, 81-ci Qızıl Qlobus Mükafatları 7 fevral 2024-cü ildə təqdim ediləcək.