"Cayıl sözü" serialının aktrisası problem yaşadı

"Cayıl sözü" serialının aktrisası problem yaşadı
30 iyul 2024
# 10:54

Son dövrlərin ən məşhur rus seriallarından olan "Cayıl sözü" («Слова пацана») serialında Aygül rolunu canlandıran Anna Peresild məşhurluğuna görə problem yaşayır.

Kulis.az xəbər verir ki, bu barədə aktrisanın atası, rejissor Aleksey Uçitel "Ehtiyyatlı olun: Sobçak" verilişində iştirak edərkən bildirib.

72 yaşlı rejissorun sözlərinə görə, küçədə qızına şəkil çəkdirmək üçün yaxınlaşırlar, bu da qızını əsəbiləşdirir. Üstəlik, yaxınlaşanlar qızına öz adı ilə yox, obraz adı Aygül deyə müraciət edirlər.

Ata, bundan əvvəl qızının rolu ilə bağlı narahatlığını da dilə gətirmişdi. "Açıq-saçıq səhnə məni qorxudurdu. Düzdür, zorlama səhnəsini dublyor vasitəsilə çəkiblər, amma istənilən halda, hamı elə bilir ki, çəkilən Annadır", - deyə o, bildirmişdi.

Qeyd edək ki, "Cayıl sözü. Asfaltın üstündəki qan" serialı 2023-cü ildə çəkilib, premyerası bu ilin aprelində baş tutub. Hadisələr 1980-ci illərin sonlarında Kazan şəhərində baş verir.

# 678 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #