Serb əsilli amerikalı şair Çarlz Simiç 84 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, şairin ölüm səbəbi hələ məlum deyil.
Simiç 1938-ci ildə Yuqoslaviyada anadan olub və 1954-cü ildə anası ilə birlikdə ABŞ-a mühacirət edib . İlk şeirini 21 yaşında “The Chicago Review” jurnalında dərc etdirib. O, bir sıra ədəbi-fəlsəfi esselər də yazıb. 1990-cı ildə Simiç “Pulitzer” mükafatını qazanıb. 2007-ci ildə isə ABŞ-ın Şair Laureatı adını alıb.