Oskar mükafatı laureatı Benedikt Kamberbetç Mett Heyqin “Zamanı necə dayandırmalı” filminin televiziya adaptasiyasında rol alacaq.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyor serialda nadir xəstəlik olan angeriyadan əziyyət çəkən Tom Hazardı oynayacaq.
Filmdə personaj xəstəliyinə görə gec qocalır və başqalarının təqibləri ilə üzləşir. Hazard və onun kimi insanlar əsrlər boyu valideynlərinin, dostlarının, sevgililərinin və uşaqlarının ölümünü görüblər. Hekayədə angeriya olan insanlar yaşamaq üçün gizli cəmiyyət yaradırlar. Birinci qayda heç vaxt aşiq olmamaqdır.
Qeyd edək ki, 2011-ci ildə "Spy Get Out!" filmində Kamberbetçlə işləyən Tomas Alfredson altı seriyalı layihənin direktoru təyin edilib.