Cahangir Novruzov: "Türk dünyası naminə yaşayıb yaratmağa davam edəcəyəm!"

Cahangir Novruzov:  "Türk dünyası naminə yaşayıb yaratmağa davam edəcəyəm!"
19 avqust 2024
# 09:54

Avqustun 16-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı binasında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin təşkilatçıları qismində TÜRKSOY-la yanaşı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış edib.

"Yaradıcılığımla, Azərbaycan və Türkiyədə teatr sənətinin inkişafına töhfəmlə iki ölkənin xalqları qarşısında sənət borcumu yerinə yetirirəm. Gələcəkdə də Türk dünyası naminə yaşayıb yaradacağam" - deyə, Cahangir Novruzov bildirib.

# 307 dəfə oxunub

Müəllifin son yazıları

# # #