Dünya Saatçılıq Günü qeyd ediləcək

Dünya Saatçılıq Günü qeyd ediləcək
6 oktyabr 2026
# 10:40

10 Oktyabr – Dünya Saatçılıq Günü bu il ikinci dəfə "Mədəniyyəti daşıyan saatlar" şüarı ilə qeyd ediləcək.

Kulis.az xəbər verir ki, saatçılığı sənətkarlıq, mühəndislik və mədəni irsin kəsişmə nöqtəsi kimi dəyərləndirən bu beynəlxalq təşəbbüs çərçivəsində İsveçrə, ABŞ, Fransa və Yaponiyada xüsusi sərgilər, mühazirələr və emalatxanalar təşkil olunacaq.

Təşəbbüsün Türkiyədən olan təsisçilərindən Mehmet Çağrı Gündoğdu təşkilatın qlobal miqyas almasında mühüm rol oynayıb.

Tarixin 10 oktyabr seçilməsi isə saat reklamlarında əqrəblərin simmetrik, estetik və gülümsəyən üzü xatırladan "10:10" mövqeyindən qaynaqlanır.

Qeyd edək ki, layihə çərçivəsində 10-11 oktyabr tarixlərində İstanbulda da "Istanbul Watch Festival" keçiriləcək.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər