“Cadenza” orkestri növbəti konsertə hazırlaşır

“Cadenza”  orkestri növbəti konsertə hazırlaşır
12 fevral 2024
# 17:00

Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.

Kulis.az xəbər verir ki, “Kəsişən xətlər” adlı konsertdə bəstəkar Cəlal Abbasovun Simli kvartet No2., Bit Furrerin solo piano üçün “The Snow Has No Voice”, Claud Debussinin solo fleyta üçün “Syrinx” və Artur Honegerin Simfoniya No.2 əsərləri ifa olunacaq.

Konsertin solistləri Rəhilə Nəzərova, Samir Əsədov, Vəfa Kuznetsova, Rəna Rəhimova, Ərol Rzayev və Humay Qasımzadədir.

# 292 dəfə oxunub

Müəllifin son yazıları

# # #