Tehranda Milad bayramı atributlarının satıldığı mağazalardan birində “Santa Klaus”la foto çəkdirməyə qadağa tətbiq olunub.
Kulis.az xəbər verir ki, mağazanın qarşısına üzərində “Şəkil çəkmək qadağandır!” yazısı olan lövhə qoyulub.
Qeyd edək ki, İranda həm hökumət təmsilçiləri, həm də müxtəlif qurumlar dəfələrlə “Halloween”, Milad və Yeni il mövzulu məhsulların satışına qarşı mübarizənin vacibliyini bəyan ediblər. Bu çərçivədə ötən illərdə bir sıra mağazaların fəaliyyətinə son verilib.
_1767076020.jpg)