Xalq artisti Fuad Poladovun adı əbədiləşdirilib.
Kulis.az xəbər verir ki, Fuad Poladovun adı Bakının Yasamal rayonundakı küçələrdən birinə verilib.
Hazırda Fuad Poladov küçəsi Yeni Yasamal qəsəbəsindəki 7-ci Alatava adlandırılan ərazidən keçir. Lakin sakinlər küçənin hazırkı vəziyyətinin heç də ürəkaçan olmadığını və abadlıq işlərinin aparılmasının vacibliyini bildiriblər.