Şahrux Xan çəkiliş zamanı xəsarət aldı

Şahrux Xan çəkiliş zamanı xəsarət aldı
4 iyul 2023
# 15:08

Bollivud ulduzu Şahrux Xan çəkiliş zamanı xəsarət alıb.

Kulis.az xəbər verir ki, hadisə Los-Ancelesdə baş verib.

Hadisə zamanı aktyorun burnundan qan açılıb və dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər qanaxmanı dayandırmaq üçün əməliyyata ehtiyac olduğunu açıqlayıblar. Aktyor əməliyyat olunub. Hadisədən sonra Şahrux Xan Hindistana qayıdıb və sağalma müddətini orada keçirir.

Qeyd edək ki, uzun fasilədən sonra "Pathan" filmi ilə sevənlərinin qarşısına çıxan aktyor bu dəfə "Jawan" ilə böyük ekranlara çıxmağa hazırlaşır. Film sentyabrda nümayiş olunacaq.

# 2027 dəfə oxunub

Müəllifin son yazıları

# # #