41 yaşlı popçu Britni Spirs ikinci kitabının nəşri barədə məlumat verib.
Kulis.az xəbər verir ki, Spirs sosial media hesabında yeni kitabın gələn il çap olunacağını qeyd edib.
“Yumor hər şeyin dərmanıdır! İkinci kitabım gələn il işıq üzü görəcək. Hazır olun!".
Qeyd edək ki, məşhur müğənninin oktyabrın 24-də işıq üzü görən birinci kitabı “İçimdəki qadın” hələlik ən çox satılan memuardır.