“...və susarsan” təqdim olunacaq

“...və susarsan” təqdim olunacaq
15 aprel 2016
# 18:48

Gənc yazar İntiqam Yaşarın "OL" nəşriyyatında yeni kitabı işıq üzü görüb. Kulisin məlumatına görə sayca ikinci şeirlər kitabı olan "...və susarsan"-da müəllifin son illərdə yazdığı şeirləri yer alıb.

Kitabın redaktoru Kənan Hacı, rəssamı İsmayil Cabbarov, dizayneri Bulud Çağlayandır.

Kitabın təqdimat və imza günü 22 aprel saat 12:00-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

# 937 dəfə oxunub

Müəllifin son yazıları

# # #