Britaniyalı müğənni Cessi Ceyə xərçəng diaqnozu qoyuldu

Britaniyalı müğənni Cessi Ceyə xərçəng diaqnozu qoyuldu
4 iyun 2025
# 15:26

Britaniyalı müğənni Cessi Ceydə döş xərçəngi aşkarlanıb.

Kulis.az xəbər verir ki, müğənni İnstaqramda paylaşdığı videoda səhhəti ilə bağlı açıqlama verib:

"Bunu pərəstişkarlarım və mənə əhəmiyyət verən insanlarla bölüşmək istəyirəm. Yaşadıqlarımı həmişə paylaşmışam. "No Secrets" mahnım çıxmazdan əvvəl mənə döş xərçəngi diaqnozu qoyulmuşdu".

Müğənni “Summertime Ball”dan sonra əməliyyat olunacağını və bir müddət səhnədən uzaqlaşacağını deyib..

# 120 dəfə oxunub

Müəllifin son yazıları

# # #