Azərbaycanlı yazarın 15 ildən sonra kitabı çıxdı

Azərbaycanlı yazarın 15 ildən sonra kitabı çıxdı
18 may 2020
# 17:01

2000-ci illərin əvvəlində ədəbi mühitdə populyar olan “Nəfəs” ədəbi qrupunun üzvlərindən El-Sevərin “Yazı lövhəsi” adlı kitabı işıq üzü görüb.

Kulis.az-ın verdiyi xəbərə görə, kitab "Mücrü" nəşriyyatında nəşr edilib. Kitabda müəllifin müxtəlif mövzularda yazdığı şeirlər toplanıb. Əsas mövzusunu sevgi və humanizm təşkil edən şeirlər romantik, qrotesk üslubda qələmə alınıb.

Qeyd edək ki, müəllifin “El-Sevərin kitabı” adlı ilk kitabı 2005-ci ildə çap olunmuşdu. Yeni kitabı 15 illik fasilədən sonra nəşr edilib.

Fotoğraf açıklaması yok.

# 2654 dəfə oxunub

Müəllifin son yazıları

# # #