“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq

“Böyük yarış. Lancia Audiyə qarşı”  filmi “CinemaPlus”da nümayiş olunacaq
17 yanvar 2024
# 18:40

CinemaPlus kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən, avtomobil yarışlarından bəhs edən, İtaliya və Britaniya istehsalı olan "Böyük yarış. Lancia Audiyə qarşı" filminin nümayişi başlayır.

Kulis.az xəbər verir ki, real hadisələr əsasında çəkilən film 1983-cü ildə Dünya Ralli Çempionatında Audi Quattro və Lancia 037 komandalarının rəqabəti haqqındadır.

Filmin rejissoru Stefano Mordinidir.

Baş rollarda Daniel Brül, Rikkardo Skamarço, Folker Bruh, Keti Klarkson-Hill, Yacopo Rampini, Kay Portman və Aksel Gallua oynayırlar.

# 561 dəfə oxunub

Müəllifin son yazıları

# # #