Deputatdan tənqid: “5-6 milyon manatla ancaq cizgi filmi çəkmək olar”

Deputatdan tənqid:  “5-6 milyon manatla ancaq cizgi filmi çəkmək olar”
25 may 2022
# 13:15

“Kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır. Halbuki bütün dünyada bu sahəyə daha çox pul ayrılır və kinodan qazanc 5-6 % artıqlaması ilə qayıdır. Təbii ki, keyfiyyətli kinodan söhbət gedir. İstərdim ki, biz bu məsələyə diqqəti artıraq. Mən demirəm ki, vəsait elə-belə ayrılsın. Vəsait verilsin və bunun nəticəsi tələb edilsin. Bizim büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi komitənin üzvü Rüfət Quliyev deyib.

Deputat təklif edib ki, Hesablama Palatası qanunsuzluqlar edən dövlət adamları, şirkət, müəssisə rəhbərləri barədə məlumatları hüquq-mühafizə orqanlarına təqdim edildikdən sonra hansı tədbirlərin görülməsi barədə ictimaiyyəti məlumatlandırsın.

# 1433 dəfə oxunub

Müəllifin son yazıları

# # #