"Bolşoy teatr"dan ayrılıb ölkəni tərk etdi

"Bolşoy teatr"dan ayrılıb ölkəni tərk etdi
17 mart 2022
# 12:40

Rus balet artisti Olqa Smirnova fəaliyyət göstərdiyi "Bolşoy teatr"dan ayrılaraq Rusiyanı tərk edib.

Kulis.az xəbər verir ki, o, hal-hazırda Hollandiyanın Amsterdam şəhərində Het Nationale Balletinin prima balerinası kimi çalışır.

Olqanın ölkəsini tərk etməsinə səbəb isə rəqqasənin vətəndaş mövqeyi olub. O, martın 1-də Ukraynadakı vəziyyəti şərh edərək hərbi əməliyyatları pisləyib:

"Bütün varlığımla müharibəyə qarşıyam. Məsələ onda deyil ki, Ukraynada hər ikinci rusun qohumları və ya dostları var. Ya da babam ukraynalıdır, mən isə yarı ukraynalı. Məsələ ondadır ki, 21-ci əsrə keçməyimizə baxmayaraq 20-ci əsrdə yaşamağımızdır. Müasir sivil dünyada siyasi məsələlər müstəsna olaraq sülh danışıqları yolu ilə həll edilməlidir.

Rusiyadan utanacağımı heç düşünməmişdim. Həmişə istedadlı rus xalqı, mədəni və idman nailiyyətləri ilə fəxr etmişəm. İndi isə əvvələ sona xətt çəkilib. Döyüşlərin episentrində olmasaq da, qlobal fəlakətə biganə qala bilmərik".

# 1300 dəfə oxunub

Müəllifin son yazıları

# # #