Bölgələrdə müxtəlif səpkili tədbirlər təşkil olundu

Bölgələrdə müxtəlif səpkili tədbirlər təşkil olundu
22 avqust 2024
# 16:31

Ağdaş rayon Mərkəzi Kitabxanasında yerli yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Məzahirin yeni çap edilmiş “Zəfər yollarında” kitabının təqdimatı olub.

Kulis.az xəbər verir ki, kitab Ağdaş rayonu üzrə İkinci Dünya müharibəsindən başlayaraq, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə və eləcə də Vətən yolunda canından keçməyə hazır olan, müxtəlif sahələrdə çalışan, ağır günlərdə “Dəmir yumruq” kimi birləşərək Zəfər yollarında inamla addımlamış döyüşçülərə həsr olunub.

Salyan Tarix-Diyarşünaslıq Muzeyi və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Həssas əhali qrupunun məşğulluğuna dəstək” layihəsi çərçivəsində təlim və sərgi keçirilib. Əvvəlcə layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Sonra “Sosial sahibkarlıq”, “Sahibkarlıqla sosial sahibkarlığın fərqli cəhətləri”, “Sosial sahibkarlığın həssas əhali qrupunun məşğulluğuna təsiri” və digər mövzularda məruzələr dinlənilib.

# 242 dəfə oxunub

Müəllifin son yazıları

# # #