Bir sözünlə dönərəm - İsmayıl Dadaşovun şeiri

Bir sözünlə dönərəm - İsmayıl Dadaşovun şeiri
13 dekabr 2023
# 15:20

Kulis.az İsmayıl Dadaşovun "Sevgim bitməz yenə..." şeirini təqdim edir.

Bir sözünlə dönərəm,
O sevginə yenidən.
Bir ümidlə dözərəm hər an,
Unutmaram səni mən.

Son gedişinlə o baxış məni,
Bir ömrümdən ayırır.
O arzular da gözləyir səni,
Sevgimiz yalnız qalıb.

Mən sənsiz hər zaman,
Xəyallarımda yaşadım, inan.
Sən yoxsan, sevgilim,
Yalnız mənəm bu sevgidən yanan.

Mən sənsiz hər zaman,
O gözəl günlərdən ayrılıb qalan
Bir tək sözünlə dönərəm sənə,
Sevgim bitməz yenə...

# 662 dəfə oxunub

Müəllifin son yazıları

# # #