"Teatr.doc"un yaradıcısı vəfat etdi

"Teatr.doc"un yaradıcısı vəfat etdi
17 may 2018
# 10:26

Rusiyalı rejissor və dramaturq, “Teatr.doc”un yaradıcılarından biri Yelena Qremina 61 yaşında vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Qremina ürək çatışmazlığından dünuyasını dəyişib.

Qremina 1956-cı ildə Moskvada doğulub. 2002-ci ildə əri Mixail Uqarov və dramaturq Aleksandr Rodinovla birgə ilə “Teatr.doc”un əsasını qoyub.

Qremina teatrın direktoru işləyib. 2013-cü ildə teatrda öz pyesi əsasında “Vətəni qorumamağın 150 səbəbi” tamaşası ilə rejissor kimi debütünü edib.Bundan başqa Qremina “Peterburq sirləri”, Sevgi müşavirləri”, “Otuz yaş”, “Bölgədə sevgi” kimi seriallara ssenarilər yazıb.

# 997 dəfə oxunub

Müəllifin son yazıları

# # #