Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Beynəlxalq Rəqs Günü  qeyd olunacaq
23 aprel 2024
# 16:30

Beynəlxalq Rəqs Günü ilə əlaqədar aprelin 26-da Bakıdakı Rus evində “Hamı rəqs edir!” adlı böyük bayram konserti təşkil olunacaq.

Kulis.az xəbər verir ki, konsert proqramında “Gülüstan”, “Dəcəl qızlar” ansambllarının, Xəzər Universitetinin, “Baku Lindy Hoppers”, “Baku Tango Therapy” və “Baila” məktəblərinin kollektivlərinin parlaq rəqs nömrələri yer alıb. İdeyanın müəllifi xoreoqraf Lenay Seyidəlizadədir.

Beynəlxalq Rəqs Günü aprelin 29-da qeyd olunur. O, baletdən hip-hopadək bütün tərz və istiqamətlərə həsr olunub, müxtəlif mədəniyyətlərə və millətlərə aid olan insanları birləşdirir və onların bir dildə - rəqs dilində danışmasına şərait yaradır.

Qeyd edək ki, tədbir 19.00-da başlayır və giriş sərbəstdir.

# 308 dəfə oxunub

Müəllifin son yazıları

# # #