Babək Ağayev: “Bütün tərəflər özünə bərabərdi”-Ən qısa hekayə

Babək Ağayev: “Bütün tərəflər özünə bərabərdi”-Ən qısa hekayə
19 dekabr 2013
# 13:00

Babək Ağayev: “Bütün tərəflər özünə bərabərdi”-Ən qısa hekayə

Kulis.az Babək Ağayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bütün tərəflər özünə bərabərdi” (408 işarə) hekayəsini təqdim edir.

ad nauseam

“aaa, yenəmi siz, ağxalatlı bəy? tarix təkrarlanır demişlərdi, inanmamışdım. madam elə, bərəltmə gözlərini. bunları anama demə. götümə bir şillə vur, ağlamaq istəyirəm” – DCLXVl dünyaya gəlir.

cul-de-sac

o metroda anasının qucağındadır. çəlikli kişi vaqona girib qarşılarında oturur. “aaa, ma, babanın üç ayağı var” - həyatı yeraltında keçir, underground ömür yaşayır DCLXVl.

post mortem

bir gün öncə gəlir - anam öldü

bu gün gəlir - atam da öldü

sabah - gəlmir DCLXVl.

# 1672 dəfə oxunub

Müəllifin son yazıları

# # #