Beynəlxalq Qadınlar Günündə konsert prqoramı

Beynəlxalq Qadınlar Günündə konsert prqoramı
19 fevral 2026
# 14:17

Martın 5-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert proqramı təqdim olunacaq.

Kulis.az xəbər verir ki, konsertdə dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan və dünya xalqlarının rəqs incilərindən ibarət zəngin musiqi proqramı səsləndiriləcək.

Proqramda milli bəstəkarların əsərləri, eləcə də müxtəlif xalqların rəqs melodiyaları tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.

Konsertin biletlərini şəhərin kassalarından əldə edə bilərsiniz.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər