Bethovenin ölüm səbəbi nə olmuşdu?

Bethovenin ölüm səbəbi nə olmuşdu?
24 mart 2023
# 13:10

Dünyaca məşhur pianoçusu və bəstəkar Lüdviq van Bethovenin pərəstişkarları tərəfindən xatirə kimi saxlanılan 8 saç teli üzərində aparılan DNT araşdırmaları bəstəkarın ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxarıb.

Kulis.az xəbər verir ki, aparılan araşdırmalar zamanı bəstəkarın saç tellərindən əldə edilən DNT analizlərindən onun ölümündən aylar əvvəl qaraciyər xəstəliyinə meyilli olduğu və hepatit B xəstəliyinə tutulduğu məlum olub.

Kembric Universitetindən olan araşdırma qrupunun aparıcı müəllifi Tristan Begg, məşhur bəstəkarın həddindən artıq spirtli içkilərin istifadəsi ilə yanaşı, genetik faktorların da qaraciyər xəstəliyinə səbəb ola biləcəyini söyləyib.

# 2074 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #