Lamiyə Mərdan: “Küləyə qarışanlar” Ən qısa hekayə

Lamiyə Mərdan: “Küləyə qarışanlar” Ən qısa hekayə
14 dekabr 2013
# 17:00

Kulis.az Lamiyə Mərdanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Küləyə qarışanlar” (492 işarə) hekayəsini təqdim edir.

Neft qiymətinin qalxdığı günün sabahı həyat öz axarı ilə keçirdi. Sinfi təmizləmək üçün neft alma sırası Mehinə çatmışdı.

Mehin üçün dərs, “nefti gətirmisənmi” sualı ilə başladı.

Yaşıdlarının yanında, “atam maaş almayıb” deməyə utanan Mehin, unutdum, dedi.

Müəllim, “dərsdən sonra qal, otağı təmizlə”, deyib dərsə davam etdi.

Mehin evə qayıdanda yer ağ, göy qara rəng olmuşdu. Küləklə ömrü başa vuranlar, qarın çətinliklərindən xəbərsiz, küləyin sovurduğu qara baxıb sevinirdilər. Mehin də olanları unudub, onlara qarışdı. Amma daha neft qoxusu ona bu günü xatırladacaqdı.

.

# 4757 dəfə oxunub

Müəllifin son yazıları

# # #