Bella Hadid müsəlman qadınlarını müdafiə etdi

Bella Hadid müsəlman qadınlarını müdafiə etdi
19 fevral 2022
# 13:20

Fələstin əsilli supermodel Bella Hadid hicablı müsəlman qadınlara qarşı ayrı-seçkiliyin əleyhinə çıxıb.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, model bu haqda “Instagram” səhifəsində silsilə paylaşımlar edərək müsəlman qadınların üzləşdiyi aktual problemlərdən danışıb.

“Biz bu zehniyyəti dəyişdirməli və mühakimə hissini idarə etməliyik. Dostlarınıza, uşaqlarınıza, valideynlərinizə və ailənizə hicab taxmağın, müsəlman olmağın və ya başqa irqdən olmağın təhlükə olmadığını öyrədin”, - deyə o, bildirib.

Bundan əlavə, supermodel Fransanın “Yard” nəşrinin hicablı qadınlarla bağlı geniş yayılmış stereotiplərə qarşı çıxmaq məqsədi daşıyan son layihəsindən foto paylaşıb

# 2021 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #