Məşhur yazıçı C. K. Roulinq onun hüquqlarının pozulmasından söz açan Putinə sərt reaksiya göstərib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Harri Potter romanlar seriyasının müəllifi C. K. Roulinq Rusiya prezidenti Vladimir Putinin “Roulinqi də sırf cinsi haqlar mövzusunda öz pərəstişkarlarını məmnun etmədiyi üçün yaxın zamanda təxirə saldılar” sözlərinə reaksiya verib.
Roulinq bildirib ki, mədəniyyətini silmək üçün Qərbi tənqid etmək, dirəniş göstərdiyinə görə mülki şəxsləri qətl edənlərin işi olmamalıdır.
Qeyd edək ki, yazıçı Ukraynadakı uşaqlara yardım etmək üçün qurduğu fonda ianə edəcəyini də bildirib.