Beat Film Festivalı beynəlxalq film proqramını elan etdi

Beat Film Festivalı beynəlxalq film proqramını elan etdi
5 may 2023
# 14:00

Beynəlxalq Sənədli Filmlər Festivalı Beat Film Festivalı öz proqramını açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, buraya dünyanın hər yerindən 15 film, o cümlədən Mark Cousins-in "My Name is Alfred Hitchcock" biopikası və Apple və Nike ilə işləyən dizaynerdən bəhs edən "Jeff McPhetridge Paints Life" dramı daxildir.

Beynəlxalq proqramda İsveçrə, Fransa, Almaniya, İsveç, İngiltərə və ABŞ filmləri nümayiş etdiriləcək. Onların arasında:

Mark Cousins-in "My Name is Alfred Hitchcock" , Alexander O. Philip tərəfindən "Lynch/OZ" sevimli filmi, Ron Çapmanın "Revival 69: The Return of Legend", Robert Schwartzman "The Zombies: Dream High" və Suzanna Regina Moyresin milyonlarla abunəçisi və sosial şəbəkələrin "qara güzgüsü" olan 14 yaşlı influencer haqqında çəkilən "İnternetdə yaşayan qızlar" filmi var.

Qeyd edək ki, "Beat Film Festivalı" iyunun 7-dən 18-dək Moskvada keçiriləcək .

# 813 dəfə oxunub

Müəllifin son yazıları

# # #