Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa "Gənclər paytaxtı" tədbirlərinin bağlanış mərasimi çərçivəsində "Yaradıcılıq marafonu" keçirilir.
Kulis.az xəbər verir ki, İƏT ölkələrindən olan istedadlı və yaradıcı gəncləri birləşdirən bu platformada iştirakçı gənclər dörd yaradıcı istiqamətdə (animasiya, film, moda və dizayn) innovativ və kreativ məhsullar hazırlayır.
Dekabrn 2-də başlayan marafon 24 saatdır davam edir.
Bu gün komandaların hazırladıqları məhsullar münsiflərə təqdim ediləcək və fərqlənən komanda seçiləcək.