"Barbie" filminin treki təqdim edildi - Video

"Barbie" filminin treki təqdim edildi - Video
23 iyun 2023
# 17:15

Amerikalı hip-hop sənətçiləri Nikki Minaj və Ice Spice qarşıdan gələn "Barbie" filmi üçün trek təqdim ediblər.

Kulis.az xarici media istiadən xəbər verir ki, "Barbie World" adlı mahnının videosu Minajın YouTube kanalında yerləşdirilib.

Yayımlanan klipdə rep sənətçiləri Barbie obrazlarında motosikletlərdə uçur, çəhrayı kabrioletlərə minir və kukla evində əylənirlər.

“Barbie” filminin tam musiqisi isə filmin premyerası günü, iyulun 21-də təqdim olunacaq.

# 765 dəfə oxunub

Müəllifin son yazıları

# # #