“Balaca Aylan” filmi “Ən yaxşı film” mükafatına layiq görüldü

“Balaca Aylan” filmi “Ən yaxşı film” mükafatına layiq görüldü
25 dekabr 2023
# 16:30

41 ölkənin 121 filmlə yarışdığı Beynəlxalq Paris Sülh Körpüsü Film Festivalında “Balaca Aylan” filmi “Ən yaxşı film” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, film 3 yaşlı Aylanın həyatından bəhs edir.

Suriyadakı vətəndaş müharibəsindən qaçan suriyalıları daşıyan qayıq 2015-ci il sentyabrın 2-də Bodrum sahillərində batıb. Aralarında 3 yaşlı Aylan Kürdinin də olduğu 5 nəfər həyatını itirib.

Filmin rejissoru Ömer Sarıkaya, prodüseri jurnalist Tələt Atilladır.

Filmdə alman Vilma Elles, amerikalı Mayk Mitsel, Hande Fırat, iranlı Ali Sabri Belaid, yunan Hripsime Sargsan, Kadir Süleyman, Aydan Çakır, Mansur Özdoğan, Dursun Hazerov, Qonca Yeşil, Eymen Kaya, Mahmut Özdoğan və Mustafa Ayhan oynayıb.

# 622 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #