Bakıda “Endirimli Kitab Yarmarkası” keçiriləcək

Bakıda “Endirimli Kitab Yarmarkası” keçiriləcək
10 fevral 2023
# 14:00

Bakıda “Endirimli Kitab Yarmarkası”na start verilir.

Kulis.az xəbər verir ki, fevralın 11-21-də “Qanun” Nəşrlər Evi nəşriyyatın akt zalında “Endirimli Kitab Yarmarkası” kampaniyasına start verir.

Kampaniyaya 1, 2, 3 və 5 manatlıq yüzlərlə kitab daxildir.

Oxucular bu sərgidə ingilis, rus və türk dillərində geniş çeşidli kitablar da əldə edə biləcəklər.

Təqdim olunan minlərlə çap məhsulu müxtəlif janrları, müxtəlif mövzuları əhatə etməklə yanaşı həm də hər yaşa aid oxucular üçün nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl “Qanun” Nəşrlər Evinin xüsusi endirimlərlə təşkil etdiyi kitab sərgiləri böyük uğurları ilə yadda qalıb.

# 1238 dəfə oxunub

Müəllifin son yazıları

# # #