“Şəfiqə Axundova – 100” adlı virtual sərgi keçirildi

“Şəfiqə Axundova – 100”  adlı virtual sərgi keçirildi
22 yanvar 2024
# 10:40

Bu gün Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 100 ili tamam olur.

Kulis.az xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şəfiqə Axundova – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr, bəstəkarın kitabları, ənənəvi sərgidə bəstəkarın musiqi əsərlərinin notları, onun haqqında ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Sefiqe_Axundova_100/index.htm linkindən istifadə edə bilər.

Qeyd edək ki, sərgi 1 həftə davam edəcək.

# 614 dəfə oxunub

Müəllifin son yazıları

# # #